Son dəqiqə

İran ABŞ Tehran Abbas Əraqçi İran-ABŞ münasibətləri Minab Minab məktəbi

İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda Minab məktəbinə hücumun qurbanlarının xatirəsinə həsr olunmuş rəsm sərgisini ziyarət edib. Əraqçi sərgidə çıxışı zamanı hücumda həyatını itirən şagirdlərin İran xalqı üçün qəhrəmanlıq rəmzinə çevrildiyini bildirib.

TurkicWorld xəbər verir ki, Əraqçi İran xalqının Minab məktəbinə hücumu “heç vaxt unutmayacağını və bağışlamayacağını” söyləyib. O, həlak olan uşaqların xatirəsinin İran xalqının yaddaşından silinməyəcəyini vurğulayıb.

İranın xarici işlər naziri sərgidə nümayiş etdirilən əsərlərin güclü təsir bağışladığını bildirib. Onun sözlərinə görə, hər bir rəsm faciənin miqyasını və mülki əhalinin üzləşdiyi itkiləri əks etdirir.

Əraqçi Minab məktəbinin şagirdlərinin İran üçün qəhrəmanlıq rəmzinə çevrildiyini qeyd edib. O, Tehran rəhbərliyinin hücumla bağlı məsələni gündəmdə saxlamağa davam edəcəyini bildirib.

İranlı nazir sərginin gələcəkdə başqa ölkələrdə də nümayiş etdirilməsinə ümid etdiyini söyləyib. Əraqçinin fikrincə, sərgidəki əsərlər müharibənin uşaqlara və mülki şəxslərə vurduğu zərərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edə bilər.

Minab məktəbinə hücum fevralın 28-də baş verib. Hadisə ilə bağlı İran ABŞ-ni məsuliyyət daşımaqda ittiham edir.

Mövzuya görə xəbərlər