Son dəqiqə

İsrail İran ABŞ Pit Heqset Hörmüz boğazı ABŞ-İran münasibətləri

İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqton və İsrailin İranla qarşıdurması fonunda Tehrana qarşı hərbi gücdən istifadə variantı gündəmdən çıxarılmayıb.

TurkicWorld xəbər verir ki, Heqset bu barədə ABŞ televiziya kanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, Vaşinqtonun bu həftə İranı iqtisadi baxımdan təcrid etmək məqsədilə tətbiq etdiyi genişmiqyaslı sanksiyalara baxmayaraq, hərbi zərbələr endirilməsi ehtimalı qalır.

ABŞ müdafiə naziri hazırda iqtisadi təzyiqin İrana ən çox təsir göstərən vasitə olduğunu bildirib. Bununla belə, o, Vaşinqtonun Hörmüz boğazında hərbi zərbələr endirmək imkanından imtina etmədiyini vurğulayıb.

Heqsetin açıqlaması ABŞ-nin İrana qarşı iqtisadi təzyiqi gücləndirdiyi bir vaxtda səsləndirilib. Vaşinqton yeni sanksiyalar vasitəsilə İranın iqtisadi imkanlarını məhdudlaşdırmağa və ölkənin beynəlxalq iqtisadi əlaqələrini zəiflətməyə çalışır.

Müdafiə nazirinin sözləri ABŞ-nin İrana qarşı siyasətində iqtisadi vasitələrlə yanaşı, hərbi variantı da açıq saxladığını göstərir.

Mövzuya görə xəbərlər