Son dəqiqə

İran ABŞ Skott Bessent

ABŞ İrana qarşı misligörülməmiş iqtisadi ölçülər elan etməyə hazırlaşır

BAKI,TurkicWorld

ABŞ gələn həftə İranın iqtisadi təcridini gücləndirməyə yönəlmiş "misli görülməmiş tədbirlər" elan etmək niyyətindədir.

Bu barədə ABŞ maliyyə naziri Skott Bessent "Newsmax" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Vaşinqton Prezident Donald Trampın göstərişi ilə Tehrana iqtisadi təzyiqi gücləndirmək niyyətindədir. Bessent hazırlanmaqda olan tədbirlərin təfərrüatlarını açıqlamayıb və gələn həftə administrasiyanın açıqlamalarını izləməyə çağırıb.

"Biz "Epik qəzəb"dən iqtisadi qəzəbə keçdik və prezidentin göstərişi ilə (iqtisadi təzyiqlərin-red) səviyyəsini yenidən artıracağıq", – deyə nazir bildirib.

Bessent qeyd edib ki, yeni tədbirlər İrana qarşı tətbiq olunan dəniz blokadası ilə eyni vaxtda həyata keçiriləcək.

Mövzuya görə xəbərlər