Son dəqiqə

İsrail İran ABŞ Kəşfiyyat təhlükəsizlik qüvvələri Sistan və Bəlucistan İran Kəşfiyyat Nazirliyi

ABŞ və İsrail kəşfiyyatı ilə əlaqəli iki şəxs öldürülüb - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın Kəşfiyyat Nazirliyi ABŞ və İsrail kəşfiyyat qurumları ilə əlaqəli olduğu bildirilən iki şəxsin ölkənin cənub-şərqində təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı öldürüldüyünü açıqlayıb.

TurkicWorld xəbər verir ki, İranın dövlət televiziyası IRIB-in məlumatına görə, nazirlik həmin şəxslərin “ABŞ və İsrail kəşfiyyat qurumları ilə əlaqəli” olduğunu bildirib.

Nazirlik həmçinin ölkəyə daxil olaraq Sistan və Bəlucistan əyalətində sabitliyi pozmaq və infrastruktur obyektlərinə zərər vurmaq planında iştirak etməkdə şübhəli bilinən daha dörd şəxsin saxlanıldığını açıqlayıb.

İran tərəfi saxlanılan şəxslərin ölkəyə daxil olmaq cəhdinin qarşısının alındığını və onların təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini bildirib.

Açıqlamada hadisənin dəqiq yeri, öldürülən və saxlanılan şəxslərin kimliyi barədə əlavə məlumat verilməyib.

Mövzuya görə xəbərlər