Son dəqiqə

İran ABŞ Regional gərginlik Müharibə İranın ali rəhbəri Rəsul Sənai-Rad

Növbəti müharibədə daha “aqressiv” hərəkət edəcəyik - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın ali rəhbərinin ofisində siyasi müşavir vəzifəsini daşıyan briqada generalı Rəsul Sənai-Rad ölkəsinin gələcək mümkün müharibədə daha sərt və “aqressiv” hərəkət edəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, general bu barədə Fars xəbər agentliyinə açıqlamasında danışıb.

Sənai-Rad bildirib ki, İran son müharibədə müqavimət göstərib və gələcəkdə mümkün yeni müharibə zamanı daha güclü və daha sərt mövqe nümayiş etdirəcək.

“Biz son müharibədə möhkəm dayandıq və Allahın izni ilə gələcək mümkün müharibədə daha möhkəm və daha aqressiv dayanacağıq”, – deyə o bildirib.

İran rəsmisi açıq şəkildə ABŞ-ın adını çəkmədən qeyd edib ki, ölkənin “düşməni” iqtisadi təzyiq vasitəsilə İran daxilində parçalanma yaratmağa çalışır.

Sənai-Rad bildirib ki, bu plan nəticə verməyib.

Onun sözləri İran və ABŞ arasında gərginliyin davam etdiyi, tərəflərin mümkün yeni qarşıdurma ilə bağlı sərt açıqlamalar verdiyi bir vaxtda səslənib.

Mövzuya görə xəbərlər