Son dəqiqə

Fələstin İsrail Qəzza HƏMAS Yaxın Şərq Sülh Şurası Nikolay Mladenov maliyyə yardımı

Qəzzaya ayrılan 400 milyon dollar HƏMAS-a verilməyəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza üzrə Sülh Şurasının rəhbəri Nikolay Mladenov bildirib ki, İsrail və HƏMAS arasında imzalanan razılaşmanın ikinci mərhələsində nəzərdə tutulan maliyyə vəsaitləri HƏMAS-a çatdırılmayacaq.

TurkicWorld xəbər verir ki, Mladenov İsraildəki tənqidlərə cavab olaraq X sosial şəbəkəsində ivrit dilində paylaşım edib.

O bildirib ki, Qəzza üçün nəzərdə tutulan 400 milyon dollarlıq borc yardımı ilə bağlı “Sülh Şurasının vəsaitləri HƏMAS vasitəsilə ötürülmür”.

Mladenov vurğulayıb ki, Şuranın əsas məqsədi HƏMAS-ın heç bir rol almayacağı bir idarəetmə sisteminin yaradılmasıdır.

“Bu səylərdə kifayət qədər real çətinliklər var. Əlavə problemlər uydurmağa ehtiyac yoxdur”, – deyə Mladenov paylaşımında qeyd edib.

Bundan əlavə, Sülh Şurasının rəsmisi “The Times of Israel” qəzetinə bildirib ki, vəsaitlər əhali üçün real xidmət göstərmiş şəxslər və qurumlar qarşısında yaranmış qanuni öhdəliklərin ödənilməsinə yönəldiləcək.

Rəsmi qeyd edib ki, bu vəsaitlərin HƏMAS-a ödənişlə, terror fəaliyyəti ilə bağlı öhdəliklərin qarşılanması ilə və ya korrupsiya və maliyyə idarəçiliyindəki problemlərlə əlaqəsi yoxdur.

Mövzuya görə xəbərlər