Son dəqiqə

enerji böhranı IEA Hörmüz boğazı Neft Bazarı Qlobal İqtisadiyyat Beynəlxalq Enerji Agentliyi Neft təchizatı Babül-Məndəb boğazı

Qlobal neft təchizatı sutkada 4,3 milyon barel azalacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft təchizatında bu il sutkada 4,3 milyon barel azalma gözlədiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, agentliyin yeni proqnozuna əsasən, bu azalma qlobal neft təchizatının təxminən 4 faizini təşkil edəcək.

IEA aylıq neft bazarı hesabatında bildirib ki, Hörmüz boğazının yenidən açılması və Babül-Məndəb boğazından maneəsiz keçidin təmin olunması ilə bağlı razılaşmanın əldə edilməməsi səbəbindən ilin qalan hissəsi üçün təchizat proqnozları yenidən aşağı salınıb.

Agentliyin məlumatına görə, sutkalıq 4,3 milyon barellik azalma iyul hesabatında nəzərdə tutulan 3,7 milyon barellik proqnozdan daha yüksəkdir.

Bu dəyişiklik nəticəsində qlobal neft təchizatının sutkada 102,02 milyon barelə enəcəyi gözlənilir. Bu, IEA-nın cari il üçün açıqladığı ən aşağı təchizat proqnozu hesab olunur.

IEA qeyd edib ki, davam edən müharibə neft bazarında kəsirin daha da artmasına səbəb olur və qlobal enerji bazarlarında əlavə risklər yaradır.

Mövzuya görə xəbərlər