BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza hökumətinin Media Ofisi İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampın bölgə ilə bağlı 15 maddəlik planını rədd etməsinin vasitəçilərin səylərinə birbaşa zərbə olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Qəzza hökumətinin Media Ofisi yaydığı bəyanatda Netanyahunun mövqeyinin gərginliyin azaldılması istiqamətində aparılan səylərə mane olduğunu və humanitar böhranı daha da ağırlaşdırdığını iddia edib.
Bəyanatda qeyd olunub ki, fələstinli qruplar danışıqlar prosesində "yüksək milli məsuliyyət" nümayiş etdirib və müsbət mövqe göstəriblər.
Qəzza hökumətinin Media Ofisi bildirib ki, fələstinli tərəflər bu yanaşmanı daha çox qan tökülməsinin qarşısını almaq və ağır humanitar böhrana son qoymaq məqsədi ilə həyata keçiriblər.
Qurum beynəlxalq ictimaiyyəti və Birləşmiş Millətlər Təşkilatını İsrail hökumətinə təzyiq göstərməyə çağırıb.
Bəyanatda İsrailin hərbi əməliyyatları dayandırması və razılaşdırılmış şərtlərin həyata keçirilməsi tələb olunub.







