Son dəqiqə

İran ABŞ Pakistan Tehran Məhəmməd Baqir Qalibaf İsmayıl Bəqai Abbas Əraqçi İslamabad

Pakistan İranın xarici işlər nazirini və parlament sədrini İslamabada dəvət edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Pakistan İranın xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqır Qalibafı danışıqlar aparmaq üçün İslamabada səfərə dəvət edib.

TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dövlət kütləvi informasiya vasitələrinə açıqlamasında Əraqçi və Qalibafın münasib vaxtda Pakistana səfər edəcəklərini bildirib. Səfərin dəqiq tarixi barədə əlavə məlumat verilməyib.

Bəqai qeyd edib ki, qarşılıqlı səfərlər və fikir mübadiləsi iki qonşu ölkə arasında inkişaf edən münasibətlərin təbii tərkib hissəsidir.

Pakistan son dövrdə Vaşinqton və Tehran arasında gərginliyin azaldılması istiqamətində vasitəçilik fəaliyyəti həyata keçirib.

İslamabadın vasitəçilik səyləri çərçivəsində aprel ayında atəşkəsin əldə olunmasına, iyun ayında isə tərəflər arasında çərçivə razılaşmasının hazırlanmasına kömək etdiyi bildirilir.

Bununla belə, həmin razılaşma ötən ay qüvvəsini itirib və tərəflər təxminən iki həftə ərzində qarşılıqlı hücumlar həyata keçiriblər.

Daha sonra ABŞ Prezidenti Donald Tramp münaqişənin həlli istiqamətində danışıqlar aparıldığına dair məlumatlar fonunda bombardmanların dayandırıldığını açıqlayıb.

Mövzuya görə xəbərlər