Son dəqiqə

Finlandiya Ukrayna

Finlandiya Ukraynaya "Patriot" raketlərinin verilməkdən imtina edib

BAKI,TurkicWorld

Finlandiyanın müdafiə naziri Anti Hyakyanen ölkəsinin Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorlar vermək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, belə bir addım Finlandiyanın milli maraqlarına zidd olardı.

"Biz öz maraqlarımız naminə bacardığımız hər şeyi etmişik, lakin cəbhəyanı ölkə olaraq hava hücumundan müdafiə sahəsində gələcək döyüş hazırlığımızı təhlükə altına ata bilmərik", – Hyakyanen şənbə günü Ilta-Sanomat qəzetinə müsahibəsində deyib.

Nazir əlavə edib ki, Finlandiyanın bəzi zenit raketlərinin tədarükü ilə bağlı "müəyyən imkanları" var, lakin Kiyevə yardım mexanizmlərinin təfərrüatlarını açıqlamaq niyyətində deyil.

İyulun sonunda ABŞ Prezidenti Donald Tramp Kiyevə Patriot sistemlərinin və onlar üçün raketlərin istehsal texnologiyalarının verilməsi perspektivini şübhə altına alıb. O qeyd edib ki, ABŞ digər ölkələrə Amerika silahlarının istehsalı üçün lisenziyaların verilməsi məsələsində çox ehtiyatlı olmalıdır.

Mövzuya görə xəbərlər