Son dəqiqə

İran ABŞ Tehran Vaşinqton qaz ixracı Körfəz ölkələri Cey Di Vens Enerji təhlükəsizliyi Hörmüz boğazı Neft İxracı

İran Hörmüz boğazında keçid haqqı tətbiq etməyəcək - Cey Di Vens

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ vitse-prezidenti Cey Di Vens İranın Hörmüz boğazından keçən gəmilərdən keçid haqqı almaq planının olmadığını Vaşinqtona bildirdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Cey Di Vens "Foks Nyus"a müsahibəsində İran hakimiyyəti daxilində bəzi şəxslərin Hörmüz boğazından keçid üçün ödəniş tətbiq edilməsindən danışdıqlarını, lakin Tehranın ABŞ-yə belə bir planının olmadığını çatdırdığını bildirib.

ABŞ vitse-prezidenti qeyd edib ki, Vaşinqton Körfəz ölkələrinin neft və qaz ixracının müharibədən əvvəlki səviyyəyə qayıdacağını gözləyir.

Vensin sözlərinə görə, İran tərəfi də ABŞ-yə enerji ixracının əvvəlki səviyyəyə qaytarılması istiqamətində hərəkət edəcəyini bildirib.

O əlavə edib ki, Körfəz ölkələri də neft və qaz ixracının müharibədən əvvəlki göstəricilərə qayıtmasını istəyirlər.

Bununla belə, ABŞ vitse-prezidenti Vaşinqtonun İranın verdiyi açıqlamalara yalnız sözlər əsasında yanaşmayacağını vurğulayıb. Onun sözlərinə görə, ABŞ İranın bəyanatlarından daha çox atdığı addımları nəzərə alacaq və vəziyyəti yerində qiymətləndirəcək.

Mövzuya görə xəbərlər