Son dəqiqə

İran ABŞ Tehran Vaşinqton İran ordusu Hörmüz boğazı Regional Təhlükəsizlik dəniz nəqliyyatı IRNA

ABŞ-yə ciddi xəbərdarlıq - Hörmüz boğazındakı yeni qaydaları qəbul etməkdən başqa yol yoxdur

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran ordusunun sözçüsü Əmir Əkrəminiya Hörmüz boğazında Tehran tərəfindən müəyyənləşdirilən yeni qaydaların geri dönməz olduğunu və ABŞ-nin mövqeyindən asılı olmayaraq qüvvədə qalacağını bildirib.

TurkicWorld xəbər verir ki, İranın rəsmi İRNA xəbər agentliyinə açıqlama verən Əmir Əkrəminiya ABŞ-nin Hörmüz boğazında yaranmış mövcud vəziyyəti qəbul etməkdən başqa seçiminin olmadığını deyib.

İran ordusunun sözçüsü Tehranın Hörmüz boğazında formalaşdırmağa çalışdığı yeni qaydaların dəyişdirilməsinin mümkün olmadığını vurğulayıb.

Əkrəminiyanın sözlərinə görə, ABŞ İranın müəyyən etdiyi yeni vəziyyəti qəbul etməlidir. O bildirib ki, Vaşinqton bunun əksinə hərəkət edəcəyi təqdirdə daha ağır nəticələrlə üzləşə bilər.

İran rəsmisi ABŞ-nin mövcud vəziyyəti qəbul etməməsinin Vaşinqton üçün keçmişdə üzləşdiyi itkilərdən daha böyük itkilərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Əkrəminiya açıqlamasında mümkün nəticələrin konkret olaraq nədən ibarət olacağı barədə əlavə məlumat verməyib.

Mövzuya görə xəbərlər