BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının yenidən açılması üçün ABŞ-nin İslamabadda əldə olunmuş anlaşmanın pozulmasına görə İrana təzminat ödəməli olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Abbas Əraqçi İran və Omanın Hörmüz boğazında yeni qaydaların müəyyənləşdirilməsi ilə bağlı razılığa gəlməyə çox yaxın olduqlarını açıqlayıb.
Əraqçi sosial şəbəkədəki paylaşımında Omanla aparılan danışıqların irəlilədiyini və tərəflərin Hörmüz boğazı ilə bağlı yeni qaydalar üzərində işlədiklərini bildirib.
Bununla belə, İranın xarici işlər naziri vurğulayıb ki, Omanla razılaşmanın əldə olunması Hörmüz boğazının avtomatik şəkildə yenidən açılması demək deyil.
Onun sözlərinə görə, boğazın açılması üçün əlavə şərtlərin də yerinə yetirilməsi tələb olunur. Bu şərtlərdən biri ABŞ-nin İslamabadda əldə olunmuş anlaşmanın şərtlərini pozduğuna görə İrana təzminat ödəməsidir.
Əraqçinin açıqlamasına əsasən, Tehran Hörmüz boğazının yenidən açılması məsələsini həm Omanla aparılan danışıqların nəticələri, həm də ABŞ ilə bağlı irəli sürdüyü əlavə tələblərlə əlaqələndirir.







