BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran ordusu ölkəyə yönələn istənilən təhlükəyə qarşı tam hazırlıqlı olduğunu və döyüş qabiliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə İran ordusunun sözçüsü briqada generalı Əmir Əkrəminiya məlumat verib.
Onun sözlərinə görə, ordu zədələnmiş sistemlərin müasirləşdirilməsi, yeni texnikanın silahlanmaya qəbul edilməsi və yerli imkanlardan istifadə hesabına əməliyyat hazırlığını davamlı şəkildə artırır.
Əkrəminiya bildirib ki, yeni hərbi texnika və avadanlıqların hərbi hissələrə çatdırılması prosesi davam edir.
O qeyd edib ki, bununla yanaşı, ordunun döyüş texnikası və silah sistemləri gündəlik əməliyyat tələblərinə uyğun şəkildə yenidən təşkil olunur.
İran rəsmisi bu tədbirlərin ordunun çevikliyini və döyüş hazırlığını daha da artırmağa xidmət etdiyini vurğulayıb.
Sözçü yeni silah sistemlərinin sayı və ya hansı bölmələrə yerləşdirildiyi barədə əlavə məlumat verməyib.







