BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyi bildirib ki, Tehran və Maskat arasında Hörmüz boğazında yeni gəmiçilik marşrutu ilə bağlı əldə olunan razılaşma təhlükəsiz naviqasiyaya avtomatik zəmanət vermir.
TurkicWorld xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai nazirliyin Telegram kanalında yayımlanan açıqlamasında bildirib.
Bəqainin sözlərinə görə, Hörmüz boğazında təhlükəsizliyə təhdid yaradan bir sıra amillər hələ də aradan qalxmayıb.
O qeyd edib ki, İranın fikrincə, ABŞ-nin elan etdiyi dəniz blokadası, eləcə də Tehrana və onun maraqlarına qarşı yönəlmiş digər "aqressiv və təhdidedici addımlar" bölgədə təhlükəsizlik üçün əsas risklər olaraq qalır.
İran rəsmisi vurğulayıb ki, bu səbəbdən Omanla əldə olunmuş texniki razılaşma təkbaşına Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin tam təmin ediləcəyi anlamına gəlmir.







