Son dəqiqə

İran ABŞ İtaliya Livan Antonio Tayani Oman Abbas Əraqçi Hörmüz boğazı

İtaliya XİN başçısı İranı Hörmüz boğazı üzrə dialoqu davam etdirməyə çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İtaliyanın xarici işlər naziri Antonio Tayani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında Hörmüz boğazı ilə bağlı danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, Antonio Tayani X sosial şəbəkəsində bildirib ki, Abbas Əraqçi onu İran və Oman arasında Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün yenidən açılmasına yönəlmiş danışıqlar barədə məlumatlandırıb.

Tayani qeyd edib ki, böhranın siyasi yolla həllinə nail olmaq, o cümlədən ABŞ ilə dialoqu davam etdirmək və regionda gərginliyin daha da artmasının qarşısını almaq vacibdir.

İtaliya XİN başçısı bildirib ki, regional sabitlik və qlobal iqtisadiyyat naminə Hörmüz boğazında heç bir rüsum və ya məhdudiyyət olmadan tam naviqasiya azadlığı təmin edilməlidir.

Telefon danışığı zamanı tərəflər Livandakı vəziyyəti də müzakirə ediblər.

Tayani əlavə edib ki, Romada davam edən Livan–İsrail danışıqlarının atəşkəsin möhkəmləndirilməsi və ümumi razılaşmanın əldə olunması ilə nəticələnəcəyinə ümid edir.

Mövzuya görə xəbərlər