Son dəqiqə

İsrail ABŞ Roma Livan Yaxın Şərq Hizbullah Tommi Piqott

İsrail–Livan danışıqları avqustun 6-dək davam edəcək - ABŞ

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Dövlət Departamenti Romada başlayan İsrail–Livan danışıqlarının avqustun 6-dək davam edəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott X sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, danışıqlarda hər iki tərəfin texniki nümayəndə heyətləri iştirak edir və əsas məqsəd 26 iyun tarixli çərçivə sazişinin tam icrasını təmin etməkdir.

Piqott bildirib ki, müzakirələr Hizbullahın təsdiqlənmiş şəkildə silahsızlaşdırılması, Livan ordusunun İsrailin nəzarətində olan bəzi ərazilərdə idarəçiliyi bərpa etməsini nəzərdə tutan "pilot zona" mexanizmi, eləcə də İsrail ordusunun Livanın cənubundan yenidən yerləşdirilməsi məsələlərini əhatə edir.

ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton bu prosesin hər iki ölkə üçün davamlı təhlükəsizliyin təmin olunmasına, İsrailə yönələn təhlükəsizlik risklərinin aradan qaldırılmasına və Livan dövlətinin ölkənin cənubunda öz səlahiyyətlərini tam bərpa etməsinə xidmət edəcək şəkildə irəliləməsinə dəstəyini davam etdirəcək.

Mövzuya görə xəbərlər