Son dəqiqə

İsrail ABŞ Roma Livan Hizbullah Nəvaf Salam

Livanın Baş naziri Hizbullahı ölkəni müharibəyə sürükləməkdə ittiham edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın Baş naziri Nəvaf Salam Hizbullahı adını çəkmədən ölkəni müharibəyə sürükləməkdə və dövlətin suverenliyini zəiflətməkdə ittiham edib.

TurkicWorld xəbər verir ki, Nəvaf Salam X sosial şəbəkəsində paylaşdığı açıqlamada silahlı qrupun "məsuliyyətsiz şəkildə" Livanı nəticəsiz müharibələrə cəlb etdiyini bildirib.

Baş nazir qeyd edib ki, bu cür addımlar İsrailə Livana qarşı hərbi əməliyyatlar aparmaq üçün bəhanə verib, ölkənin suverenliyinin pozulmasına, şəhər və kəndlərin dağıdılmasına, insanların həlak olmasına və yüz minlərlə sakinin məcburi köçkünə çevrilməsinə səbəb olub.

Nəvaf Salam paylaşımında Hizbullahın və ya onun lideri Naim Qasımın adını birbaşa çəkməyib.

Bundan əvvəl Hizbullahın baş katibi Naim Qasım Livan hökumətinin İsraillə danışıqlar aparmasını tənqid etmiş və belə təmasların ölkəyə yalnız "utanc və alçaldılma" gətirəcəyini bildirmişdi.

Hazırda ABŞ-nin vasitəçiliyi ilə iyun ayında imzalanmış çərçivə sazişinin icrası məqsədilə Livan və İsrail nümayəndə heyətləri arasında Romada danışıqlar davam edir.

Mövzuya görə xəbərlər