BAKI,TurkicWorld,Yusif Şərifzadə
Ərəb Dövlətləri Liqasının baş katibi Qəzza zolağına endirilən son zərbələri pisləyərək, İsraili atəşkəs prosesini pozmağa cəhd göstərməkdə ittiham edib.
TurkicWorld xəbər verir ki, Ərəb Liqasının baş katibi Nəbil Fəhmi bildirib ki, Qəzzada məcburi köçkünlərin sığındığı çadırlara endirilən zərbələr və işğal altındakı İordan çayının qərb sahilində davam edən hücumlar iki gün əvvəl açıqlanan yol xəritəsini pozmağa yönəlmiş addımlardır.
Onun sözlərinə görə, həmin yol xəritəsi atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidi və İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını nəzərdə tutur.
Nəbil Fəhmi vurğulayıb ki, İsrail fələstinlilərə qarşı törətdiyi pozuntulara və vasitəçilik səylərini pozmağa yönəlmiş cəhdlərinə görə tam məsuliyyət daşımalıdır.
O əlavə edib ki, İsrailin Qəzzada işğalı uzatmaq və genişləndirmək məqsədinə nail olmasına imkan verilməməlidir.







