BAKI,TurkicWorld,Yusif Şərifzadə
HƏMAS rəsmisi Qazi Həmad bildirib ki, təşkilat Fələstin xalqının maraqlarını qorumaq məqsədilə müəyyən güzəştlərə gedib.
TurkicWorld xəbər verir ki, Qazi Həmad müsahibəsində HƏMAS-ın əsas məqsədinin Qəzza zolağında yaşayan fələstinliləri davam edən hərbi əməliyyatlardan və İsrailin həyata keçirdiyini iddia etdiyi tədbirlərdən qorumaq olduğunu deyib.
Onun sözlərinə görə, təşkilatın qəbul etdiyi qərarlar və etdiyi güzəştlər Fələstin xalqının mənafeyi nəzərə alınaraq verilib.
Qazi Həmad qeyd edib ki, HƏMAS üçün əsas prioritet Qəzza zolağında mülki əhalinin təhlükəsizliyinin təmin olunmasıdır.
O, həmçinin İsraili Qəzzada cinayət xarakterli planlar həyata keçirməkdə ittiham edib.
İsrail tərəfi HƏMAS rəsmisinin bu açıqlamalarına hələlik münasibət bildirməyib.







