Son dəqiqə

İsrail Qəzza HƏMAS Yaxın Şərq atəşkəs silahsızlanma Qəzzanın İdarə olunması üzrə Milli Komitə

Silahsızlanma İsrail qoşunlarının Qəzzadan tam çıxarılmasından asılıdır - HƏMAS

BAKI,TurkicWorld,Yusif Şərifzadə

HƏMAS Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsinin İsrailin razılaşmanın birinci mərhələsi üzrə öhdəliklərini tam yerinə yetirməsindən asılı olduğunu bəyan edib.

TurkicWorld xəbər verir ki, HƏMAS-ın yaydığı rəsmi açıqlamada bildirilib ki, İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılması və hücumların dayandırılması razılaşmanın növbəti mərhələsinə keçid üçün əsas şərtdir.

Təşkilatın bəyanatında qeyd olunub ki, "işğalçı qüvvələrin qətlləri dayandırması razılaşdırılmış məsələlərin həyata keçirilməsi və bunun üçün vaxt cədvəlinin müəyyənləşdirilməsi baxımından əsas şərtdir".

HƏMAS həmçinin Qəzzanın İdarə Olunması üzrə Milli Komitənin fəaliyyətə başlamasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və İsrailin dəstəklədiyini iddia etdiyi silahlı qrupların ləğv edilməsini də vacib şərtlər kimi irəli sürüb.

Təşkilatın bəyanatında silahsızlanma məsələsinin yalnız bu şərtlər yerinə yetirildikdən sonra müzakirə oluna biləcəyi vurğulanıb.

İsrail tərəfi HƏMAS-ın son bəyanatına hələlik münasibət bildirməyib.

Mövzuya görə xəbərlər