Son dəqiqə

İran Küveyt Müdafiə Nazirliyi Yaxın Şərq Regional Təhlükəsizlik pilotsuz uçuş aparatı Hava məkanı

Küveyt ordusu hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının məhv edildiyini açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Küveyt Müdafiə Nazirliyinin sözçüsü yaydığı bəyanatda pilotsuz uçuş aparatlarının ölkənin hava məkanına daxil olduğunu və hərbi qüvvələr tərəfindən vurularaq məhv edildiyini bildirib.

Nazirlik baş verən hücumlara görə İranı məsuliyyət daşımaqda ittiham edib. Bəyanata əsasən, pilotsuz uçuş aparatlarının əsas hədəfi ölkənin strateji hərbi obyektləri olub.

Rəsmi məlumata görə, vurulan aparatların qalıqlarının yerə düşməsi nəticəsində müəyyən maddi ziyan dəyib.

Hadisə zamanı insan tələfatı və ya xəsarət alanların olmadığı bildirilib.

Küveyt rəsmiləri vəziyyətin nəzarət altında olduğunu və ölkənin hava məkanının qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü vurğulayıblar.

Mövzuya görə xəbərlər