BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İsrailin Qəzza zolağında apardığı müharibəyə tam son qoymağı hədəfləyən sülh sazişi layihəsini müsbət qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Kaya Kallas X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, sazişin uğur qazanması üçün bütün tərəflər onun müddəalarına tam sadiq qalmalıdır.
Onun sözlərinə görə, HƏMAS-ın razılaşmanın şərtlərinə əməl edib-etmədiyini yoxlamaq ən ciddi problemlərdən biri olacaq.
Kaya Kallas qeyd edib ki, sülh sazişinin tam həyata keçirilməsi üçün İsrailin gələcəkdə Qəzza zolağından qoşunlarını çıxarması zəruri olacaq.
Avropa İttifaqı rəsmisi vurğulayıb ki, yalnız tərəflərin öhdəliklərini yerinə yetirməsi uzunmüddətli sülhün əldə olunmasına şərait yarada bilər.
İsrail və HƏMAS tərəfləri isə Kaya Kallasın bu açıqlamasına hələlik münasibət bildirməyiblər.







