Son dəqiqə

BMT ABŞ İraq Səudiyyə Ərəbistanı Beynəlxalq hüquq Xalq Səfərbərlik Qüvvələri Nizar Əmidi

İraq prezidenti ölkənin təhlükəsizliyinə hörmət edilməsinə çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İraq prezidenti Nizar Əmidi ABŞ və Səudiyyə Ərəbistanının İraqdakı Xalq Səfərbərlik Qüvvələrinin mövqelərinə endirdiyi zərbələri pisləyərək, onları ölkənin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Nizar Əmidi yaydığı bəyanatda hücumların qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, zərbələr İraqın rəsmi təhlükəsizlik qurumlarını hədəf alıb və beynəlxalq hüquqla yanaşı, BMT Nizamnaməsinin də pozulmasıdır.

İraq prezidenti vurğulayıb ki, ölkə ərazisi qonşu dövlətlərə qarşı hücumların həyata keçirilməsi və ya regional, eləcə də beynəlxalq münaqişələrin həlli üçün meydan kimi istifadə edilməməlidir.

Əmidi bütün tərəfləri İraqın suverenliyinə hörmət etməyə, ölkənin təhlükəsizliyi və sabitliyini poza biləcək addımlardan çəkinməyə çağırıb.

ABŞ və Səudiyyə Ərəbistanı İraq prezidentinin açıqlamalarına hələlik rəsmi münasibət bildirməyib. Məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

Mövzuya görə xəbərlər