Son dəqiqə

İsrail İran ABŞ Yaxın Şərq hərbi əməliyyatlar Fatimə Mühacirani Hörmüzgan

ABŞ və İsrailin hücumları nəticəsində 350-dən çox dövlət əməkdaşı həlak olub - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran hökuməti ABŞ və İsrailin son beş ay ərzində həyata keçirdiyini bildirdiyi hücumlar nəticəsində 350-dən çox dövlət əməkdaşının həlak olduğunu açıqlayıb. Rəsmi Tehran bu şəxslərin xidmət vəzifələrini yerinə yetirərkən həyatını itirdiyini bildirib.

TurkicWorld xəbər verir ki, İran hökumətinin sözçüsü Fatimə Mühacirani şəhid ailələri ilə görüş zamanı verdiyi açıqlamada, "Bu günlər ərzində 350-dən çox dövlət əməkdaşı vəzifə borcunu yerinə yetirərkən şəhid olub", - deyə bildirib.

Mühacirani qeyd edib ki, həlak olanlar arasında Hörmüzgan vilayətində rabitənin fasiləsiz işləməsini təmin etmək üçün mobil rabitə qüllələrində çalışan mühəndislər, elektrik enerjisinin verilişini davam etdirmək üçün çalışan elektrik işçiləri, eləcə də həkimlər və tibb bacıları var.

İran rəsmisi onların fədakarlıqlarını yüksək qiymətləndirərək, dövlətin həlak olan əməkdaşların xidmətlərini unutmayacağını və onların ailələrinə minnətdar olduğunu vurğulayıb.

ABŞ və İsrail tərəfi İranın səsləndirdiyi bu rəqəmlər və ittihamlarla bağlı təqdim olunan məlumatda rəsmi münasibət bildirməyib. Bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mövzuya görə xəbərlər