Son dəqiqə

İran ABŞ Yaxın Şərq Oman Enerji təhlükəsizliyi Hörmüz boğazı Beynəlxalq Münasibətlər dəniz nəqliyyatı

İran Hörmüz boğazı ilə bağlı mövqeyində dəyişiklik olmadığını bildirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Hörmüz boğazının idarə olunması ilə bağlı mövqeyində hər hansı dəyişiklik olmadığını açıqlayıb. Rəsmi Tehran boğazın gələcək idarəetmə mexanizmi ilə bağlı Omanın vasitəçiliyi ilə siyasi və texniki danışıqları davam etdirsə də, ABŞ ilə birbaşa danışıqlar aparmadığını vurğulayıb.

TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Omanın nümayəndə heyətinin cümə və şənbə günləri Tehranda olduğunu və keçirilən müzakirələrdə müəyyən irəliləyiş əldə edildiyini bildirib.

Məlumata görə, danışıqlar əsasən Hörmüz boğazında gəmiçilik fəaliyyətinin necə idarə olunacağına həsr olunub. İran rəsmiləri tərəflər arasında vasitəçilər üzərindən mesaj mübadiləsinin davam etdiyini, lakin Vaşinqtonla birbaşa danışıqların aparılmadığını qeyd ediblər.

Bildirilib ki, Oman Hörmüz boğazının idarə olunması və dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə regional konsorsium yaradılmasını təklif edib. Təklifə əsasən, gəmilər boğazdan hər hansı rüsum ödəmədən keçə biləcək.

Lakin İran bu təklifə qarşı çıxaraq boğazın İranın nəzarəti altında fəaliyyət göstərən mexanizm vasitəsilə idarə olunmasını və gəmilərdən "xidmət haqqı" alınmasını dəstəklədiyini bildirib.

Rəsmi açıqlamalarda danışıqlarda irəliləyişdən bəhs olunsa da, mövcud vəziyyət Tehranın Hörmüz boğazı ilə bağlı əsas mövqeyində yumşalma olmadığını göstərir.

Mövzuya görə xəbərlər