Son dəqiqə

İran Amazon Kəşfiyyat Amerika Birləşmiş Ştatları Məlumat mərkəzi

İran Bəhreyndə "Amazon" şirkətinə məxsus məlumat mərkəzini hədəfə aldığını iddia edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndə yerləşən və Amerika Birləşmiş Ştatlarının "Amazon" şirkətinə məxsus olduğu bildirilən məlumat mərkəzini hədəfə aldığını açıqlayıb. Bu barədə İranın dövlət mediası məlumat yayıb.

TurkicWorld xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun dövlət televiziyasında yayımlanan bəyanatında "Amazon" şirkətinə məxsus məlumat mərkəzinin vurulduğu və məhv edildiyi iddia olunub. Bəyanatda həmin obyektin Amerika ordusuna kəşfiyyat dəstəyi göstərdiyi irəli sürülüb.

İran tərəfi məlumat mərkəzinin hərbi məqsədlər üçün istifadə edildiyini iddia etsə də, bu barədə müstəqil təsdiq təqdim edilməyib.

Hazırda nə "Amazon" şirkəti, nə də Bəhreyn rəsmiləri İranın bu iddiaları ilə bağlı rəsmi açıqlama veriblər.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu çərşənbə günü də eyni məlumat mərkəzini hədəfə aldığını bəyan etmişdi. Bununla belə, hadisənin nəticələri barədə müstəqil mənbələrdən təsdiqlənmiş məlumat yoxdur.

Mövzuya görə xəbərlər