BAKI,TurkicWorld Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərə və yük daşımalarına dəyəcək mümkün zərərlərin İranın ABŞ-da dondurulmuş vəsaitləri hesabına qarşılanacağını bildirib.
Tramp sosial media hesabında İranla bağlı açıqlama verərək, növbəti açıqlamaya qədər Hörmüz boğazından keçən gəmilər və yüklərlə bağlı yaranacaq hər hansı zərərin ABŞ-ın nəzarətində olan İran vəsaitləri hesabına ödəniləcəyini qeyd edib.
ABŞ Prezidenti bildirib ki, sözügedən zərərlərin məbləği böyük ola bilər.
Tramp bu addımı "edilməsi vacib və ədalətli qərar" kimi qiymətləndirib.
Onun açıqlaması Hörmüz boğazında təhlükəsizlik vəziyyəti və ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda verilib.
Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan əsas dəniz keçidlərindən biridir. Körfəz ölkələrindən ixrac olunan neft və digər enerji resurslarının böyük hissəsi bu marşrutdan keçir.






