BAKI,TurkicWorld Orxan Qədirzadə
İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan "Ahbaplar Cinayət Təşkilatı" istintaqı çərçivəsində bu gün dörd şəxsin dindiriləcəyi bildirilib.
Türkiyə mətbuatının məlumatına görə, Fatih Altaylı, Hazal Kaya, Özlem Gürses və Ruşen Çakır Çağlayandakı İstanbul Ədliyyə Sarayına gələrək istintaq çərçivəsində ifadə verəcəklər.
Məlumata əsasən, sözügedən şəxslərin hansı statusda dindirilməyə çağırıldığı və istintaqda onlara hansı sualların ünvanlanacağı barədə rəsmi açıqlama verilməyib.
İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan araşdırmanın detalları ilə bağlı əlavə məlumatların ifadələrdən sonra açıqlanacağı gözlənilir.
Qeyd edək ki, "Ahbaplar" adı ilə bağlı istintaq Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. İstintaqın hüquqi prosesi davam edir.




