BAKI,TurkicWorld ,Nailə Babazadə
İstanbulun Beşiktaş rayonunda, Levent məhəlləsində yerləşən Yapı Kredi Plaza qarşısındakı polis məntəqəsinə edilən terror hücumu ilə bağlı genişmiqyaslı istintaq davam edir. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalarda yeni həbslər qeydə alınıb.
TurkicWorld xəbər verir ki, əməliyyat çərçivəsində saxlanılan 6 şübhəlidən 3-nün polis idarəsindəki dindirilməsi tamamlanıb. Sağlamlıq müayinəsindən keçirilən həmin şəxslər daha sonra İstanbul məhkəməsinə aparılıblar. Hakim qarşısına çıxarılan 3 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bununla da terror aktı ilə bağlı aparılan cinayət işi çərçivəsində ümumilikdə həbs olunanların sayı 12 nəfərə yüksəlib.
Hadisəni törədən terrorçular Onur Çelik və Ahmet İmrakın xəstəxanadakı müalicələri davam edir. Polis idarəsində saxlanılan daha bir nəfərin isə dindirilməsi sürür.







