Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan zəlzələ Sosial media təsirləri Haluk Levent

Dövlətə qarşı manipulyasiya cəhdlərinə imkan verməyəcəyik - Ərdoğan

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada keçirilən II Kommunikasiya Şurasında çıxışı zamanı süni intellekt, rəqəmsal media və sosial şəbəkələrin cəmiyyətə təsiri, eləcə də 6 fevral zəlzələləri dövründə baş verən hadisələrlə bağlı mühüm açıqlamalar verib.

Ərdoğan bildirib ki, kommunikasiya sahəsi son illərdə daha fəal rol oynayıb və yeni dövrdə bu ekosistemin inkişafı üçün yeni istiqamətlər müəyyən ediləcək.

Prezident qeyd edib ki, süni intellekt texnologiyalarının geniş tətbiqi müxtəlif sahələrdə mühüm üstünlüklər yaradır.

"Bu gün informasiyaya çıxış heç vaxt olmadığı qədər sürətlənib. Rabitə texnologiyaları hər gün inkişaf edir. İstənilən hadisə dəqiqələr, hətta saniyələr ərzində milyardlarla insana çatdırılır", - deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, rəqəmsal platformalar informasiyanın istehsalı və yayılmasını sürətləndirsə də, bunun mənfi tərəfləri də mövcuddur.

O bildirib ki, sosial media insanların hadisələrə münasibətini və reaksiyalarını formalaşdırır, nəticədə "dərinliksiz və ruhsuz kimlik" yaranmasına səbəb olur.

Türkiyə Prezidenti əlavə edib ki, yeni kommunikasiya mühiti informasiyanı güc mənbəyindən zəiflik mənbəyinə çevirə bilər.

Zəlzələ prosesi ilə bağlı açıqlama

Ərdoğan çıxışında 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələlər dövrünə də toxunub.

Onun sözlərinə görə, sonradan üzə çıxan məlumat və sənədlər həmin dövrdə dövlətə və xalqa qarşı müxtəlif manipulyasiya və əməliyyat cəhdlərinin olduğunu göstərir.

Prezident bildirib ki, zəlzələdən sui-istifadə edən şəxslər hazırda ədalət qarşısında cavab verirlər və qanun çərçivəsində bütün zəruri addımlar atılacaq.

"Bu proses haraya qədər gedirsə getsin, hüququn tələb etdiyi bütün addımları atacağıq. Bundan sonra bu ölkədə gərginlik, qütbləşmə, qorxu və narahatlıq yaradaraq fürsətdən dövlətə qarşı istifadə etmək istəyənlərə imkan verməyəcəyik", - deyə Ərdoğan vurğulayıb.

Mövzuya görə xəbərlər