BAKI, TurkicWorld Orxan Qədirzadə
İstanbul Respublika Baş Prokurorluğunun Ahbap Dərnəyinin fəaliyyəti ilə bağlı apardığı istintaq çərçivəsində dərnəyin sədri, müğənni Haluk Levent barəsində saxlanılma qərarı çıxarılıb.
Məlumata görə, qərar İstanbul Respublika Baş Prokurorluğunun Ahbap Dərnəyi ilə bağlı davam edən araşdırması çərçivəsində qəbul edilib.
İstintaqın detalları və Haluk Leventə qarşı irəli sürülən ittihamlar barədə hələlik rəsmi açıqlama verilməyib.
Prokurorluq tərəfindən aparılan istintaq davam edir.






