BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ilə Vaşinqton arasında əsas problem vasitəçilərin və ya mesaj mübadiləsinin olmaması deyil, ABŞ-ın İrana münasibətdə nümayiş etdirdiyi yanaşmadır.
TurkicWorld xəbər verir ki, Abbas Əraqçi bu fikirləri İran Prezidenti Məsud Pezeşkian ilə İraqın Baş naziri Əli əl-Zaidinin Tehranda keçirilən görüşü çərçivəsində jurnalistlərə açıqlamasında səsləndirib.
Nazir bildirib ki, İraqın Baş nazirinin Vaşinqtona səfər etməsi və həmin səfərlə bağlı təəssüratlarını Tehranla bölüşməsi tamamilə təbii haldır.
Əraqçinin sözlərinə görə, İran hazırda ABŞ ilə əlaqələrdə vasitəçilər məsələsində heç bir problem görmür və bu rolu yerinə yetirən kifayət qədər vasitəçi mövcuddur.
O vurğulayıb ki, əsas problem tərəflər arasında mesajların ötürülməsi deyil, ABŞ-ın İrana qarşı nümayiş etdirdiyi qeyri-məntiqli, həddindən artıq və hegemon xarakterli siyasətdir.
İranlı diplomat bildirib ki, Tehran bu yanaşmaya qətiyyətli cavab verib və ABŞ İran xalqına və onun maraqlarına hörmət etməyin yeganə çıxış yolu olduğunu başa düşməyincə, mövcud yanaşmanın nəticə verməyəcəyini düşünür.







