BAKI,TurkicWorld,Yusif Şərifzadə
BAKI. ABŞ Prezidenti Donald Tramp İranı növbəti dəfə sərt bəyanatla hədələyərək Tehranın "böyük bədəl ödəyəcəyini" bildirib.
TurkicWorld xəbər verir ki, Tramp İranla döyüşlər zamanı həlak olmuş ABŞ hərbçilərinin anım mərasiminə gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
ABŞ Prezidenti çıxışı zamanı Vaşinqtonun İranın nüvə silahına sahib olmasına heç bir halda imkan verməyəcəyini bir daha vurğulayıb.
"İran heç vaxt nüvə silahına malik ola bilməz və olmayacaq", – deyə Tramp bildirib.
O, daha sonra İranın hərəkətlərinə görə "böyük bədəl ödəyəcəyini" söyləyib, lakin bunun hansı addımları əhatə etdiyini dəqiqləşdirməyib.
Tramp çıxışında əsas diqqəti həlak olmuş ABŞ hərbçilərinə yönəldərək onların xatirəsinin ehtiramla yad ediləcəyini bildirib.
"Biz onları ehtiramla anacağıq. Prezident olaraq bu, mənim üçün ən çətin vəzifələrdən biridir", – deyə ABŞ Prezidenti vurğulayıb.







