BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın dövlət mediası ABŞ-nin Hörmüz boğazında yerləşən Lərək adasına raket zərbəsi endirdiyini bildirib.
TurkicWorld xəbər verir ki, İranın Təsnim xəbər agentliyinin yaydığı məlumata əsasən, yerli vaxtla saat 14:48-də adada güclü partlayış səsləri eşidilib. Məlumata görə, partlayışlara raket hücumu səbəb olub.
Agentliyin məlumatında qeyd olunub ki, hadisədən dərhal sonra aidiyyəti qurumlar araşdırmalara başlayıblar.
Hazırda raketin dəqiq hansı nöqtəyə düşdüyü, zərbənin miqyası və infrastruktura dəyən mümkün ziyanın həcmi müəyyənləşdirilir.
İran rəsmiləri hadisə ilə bağlı əlavə məlumatın araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını bildiriblər.
ABŞ tərəfi isə xəbərin yayımlandığı vaxta qədər İranın bu iddiasına münasibət bildirməyib.
Məlumat müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.







