Son dəqiqə

İran ABŞ Məsud Pezeşkian Hörmüz boğazı Neft İxracı Memorandum

İranın danışıqlardakı nəticələri gözləntiləri keçdi - Pezeşkian

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Prezidenti Məsud Pezeşkian ABŞ-İran memorandum danışıqlarında Tehranın əldə etdiyi nəticələrin gözləntilərdən daha yüksək olduğunu bildirib. O, ABŞ-ı razılaşma üzrə öhdəliklərini pozmaqda ittiham edib.

TurkicWorld xəbər verir ki, Məsud Pezeşkian Milli Sənaye və Mədənçilik Günü tədbirində çıxışı zamanı ABŞ-la aparılan danışıqlara toxunub. O bildirib ki, danışıqlar zamanı İran mərhələli şəkildə irəliləyib və əsas məqsədlərdən biri neft ixracı üçün Hörmüz boğazının açıq saxlanılması olub.

İran Prezidenti bildirib ki, qarşı tərəf razılaşmanın şərtlərini pozub. Onun sözlərinə görə, İran İslam Respublikasının bu istiqamətdə əldə etdiyi nəticələr gözləniləndən daha yüksək olub və Tehran qısa müddət ərzində müxtəlif məsələləri idarə etməyi bacarıb.

Pezeşkian həmçinin bildirib ki, İranın ali rəhbəri ilə keçirdiyi qapalı görüşlərdə ölkədə davam edən “nə müharibə, nə də sülh” vəziyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.

İran və ABŞ arasında imzalandığı bildirilən memorandumun icrası ilə bağlı son günlər qarşılıqlı ittihamlar səslənir. Hər iki tərəf digərini razılaşmanın şərtlərini pozmaqda günahlandırır.

Mövzuya görə xəbərlər