Son dəqiqə

İran ABŞ Səhiyyə Nazirliyi Yaxın Şərq Hava zərbələri hərbi əməliyyatlar Regional gərginlik Mülki itkilər

İyulun 6-dan bəri ABŞ hücumları nəticəsində azı 50 nəfər həlak olub - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın Səhiyyə Nazirliyi bildirib ki, iyulun 6-dan etibarən ABŞ-ın ölkəyə endirdiyi zərbələr nəticəsində azı 50 nəfər həlak olub, 500-dən çox insan isə yaralanıb.

TurkicWorld xəbər verir ki, İran Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, ABŞ hücumlarının qurbanları arasında mülki şəxslərin də olduğu iddia edilir. Nazirlik yaralıların müxtəlif tibb müəssisələrində müalicə aldıqlarını və onların bir qisminin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Rəsmi Tehran hücumların yaşayış məntəqələrinə və mülki infrastruktura ciddi ziyan vurduğunu bildirərək beynəlxalq ictimaiyyəti baş verənlərə münasibət bildirməyə çağırıb.

ABŞ tərəfi isə İran ərazisində həyata keçirilən hərbi əməliyyatlarla bağlı hələlik bu açıqlamaya münasibət bildirməyib. Məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.

ABŞ və İran arasında son günlər artan hərbi qarşıdurma Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib və bölgədə genişmiqyaslı münaqişə riskini artırıb.

Mövzuya görə xəbərlər