Son dəqiqə

İran ABŞ Qətər İslam İnqilabı Keşikçiləri Korpusu Əl-Udeyd bazası IRIB

İran Qətərdəki ABŞ hərbi bazasına zərbə endirdiyini açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Qətərdə yerləşən ABŞ-nin Əl-Udeyd hərbi hava bazasına zərbə endirdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu hücumun ABŞ-yə qarşı həyata keçirilən əməliyyatların 15-ci dalğası çərçivəsində baş tutduğunu bildirib.

İranın IRIB xəbər agentliyinin yaydığı məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu zərbələr nəticəsində bazadakı uzaqmənzilli radar sisteminin və ABŞ-yə məxsus bir neçə strateji yanacaqdoldurma təyyarəsinin məhv edildiyini iddia edib.

Açıqlamada ABŞ-yə və regionda Amerika hərbi bazalarına ev sahibliyi edən ölkələrə xəbərdarlıq ünvanlanıb.

“Qırmızı xətlərin keçilməsi, insanlara və mülki infrastruktura hücum edilməsi çox ağır nəticələrə səbəb olacaq. Qarşı tərəf bu istiqamətdə fəaliyyətini davam etdirərsə, daha sarsıdıcı cavablar veriləcək”, – deyə bəyanatda bildirilib.

İran tərəfi mümkün növbəti zərbələrin “döyüşlər tarixində qalacağını” iddia edib.

ABŞ və Qətər rəsmiləri İranın bazadakı radar sistemini və hərbi təyyarələri məhv etməsi barədə iddiaları hələlik təsdiqləməyiblər. Buna görə hücumun nəticələri və dəymiş zərərin miqyası müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Əl-Udeyd ABŞ-nin regiondakı əsas hərbi obyektlərindən biridir və bazada ABŞ ilə Qətər qüvvələrinin birgə hava müdafiəsi və komanda infrastrukturu mövcuddur.

Mövzuya görə xəbərlər