Son dəqiqə

İran ABŞ Donald Tramp Körfəz ölkələri Yaxın Şərq Enerji təhlükəsizliyi regional qarşıdurma

İran Körfəz ölkələrinə hücum etməklə strateji səhvə yol verir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin Tunisdə keçmiş səfiri Coi Hud İranın hazırda danışıqlara maraq göstərmədiyini və Körfəz ölkələrinə hücumlarla regional qarşıdurmanın yeni mərhələsini başladığını bildirib.

TurkicWorld xəbər verir ki, Coi Hud ABŞ Prezidenti Donald Trampın ilk olaraq İrana zərbə endirməsinin strateji səhv olduğunu, lakin Tehranın da cavab tədbirləri zamanı Körfəz ölkələrini hədəfə alaraq “öz strateji səhvinə” yol verdiyini deyib.

Onun sözlərinə görə, İran cavab zərbələrini yalnız ABŞ qüvvələrinə və İsrailə yönəltsəydi, beynəlxalq ictimaiyyət və region ölkələri Tehrana qarşı daha fərqli mövqedə ola bilərdi.

Ekspert bildirib ki, İran rəsmi qarşıdurmaların başa çatmasından sonra belə Körfəz ölkələrinin infrastrukturuna və kommersiya gəmilərinə qarşı hücumları davam etdirməklə bölgədə yeni təsir imkanları yaratmağa çalışır.

Coi Hudun fikrincə, Tehran bu yolla Körfəz iqtisadiyyatları üzərində daha böyük nəzarət və siyasi təsir əldə etməyə cəhd göstərir.

Mövzuya görə xəbərlər