BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzzada fələstinli qapıçı Səlim Xader əl-Əşqərin İsrail qüvvələri tərəfindən öldürüldüyü bildirilir. Onun ölümü Qəzzanın idman ictimaiyyətində dərin kədər yaradıb.
TurkicWorld xəbər verir ki, 32 yaşlı fələstinli qapıçı Səlim Xader əl-Əşqər ötən bazar ertəsi hamilə həyat yoldaşının xahişi ilə yemək qazı axtarmaq üçün evdən çıxıb və geri qayıtmayıb.
Məlumata görə, əl-Əşqər Qəzzanın cənubunda, Xan Yunisin şimal-şərqində yerləşən Əl-Qərara qəsəbəsində İsrail qüvvələri tərəfindən açılan atəş nəticəsində həlak olub.
Bildirilir ki, o, 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada müharibə zamanı futbol sahəsində öldürülən 567 fələstinlidən biridir.
Ailəsi üçün isə Səlim Xader əl-Əşqər sadəcə statistika deyil. O, altı bacının yeganə qardaşı idi və 2026-cı il yanvarın 26-da ailə qurmuşdu. Həyat yoldaşı ilə birlikdə ilk övladlarının dünyaya gəlməsini gözləyirdi.
Qəzzanın idman ictimaiyyəti onun futbol sevgisinin və ailəsinə bağlılığının unudulmayacağını, irsinin davam etdiriləcəyini bildirib.







