BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranda fəaliyyət göstərən siyasi təhlilçi Abbas Aslani hesab edir ki, Əli Xameneinin dəfn mərasimləri ölkə daxilində birlik nümayiş etdirmək məqsədi daşıyır və ABŞ ilə İsrailə siyasi mesaj göndərir.
TurkicWorld xəbər verir ki, Yaxın Şərq üzrə Strateji Araşdırmalar Mərkəzinin böyük elmi əməkdaşı Abbas Aslani bildirib ki, İran hökuməti Əli Xameneinin dəfn mərasimlərini ölkədaxili həmrəyliyin nümayişi kimi qiymətləndirir.
Onun sözlərinə görə, Əli Xameneinin öldürülməsindən sonra hökumət zəifləməyib, əksinə, mövqelərini daha da möhkəmləndirib.
Abbas Aslani qeyd edib ki, müharibədən əvvəl ölkədə iqtisadi vəziyyətə etiraz aksiyaları keçirilirdi. Lakin onun fikrincə, İrana qarşı hücumlar cəmiyyətdəki vəziyyəti dəyişib və əvvəllər etiraz edən insanların bir hissəsi bu dəfə hökumətə dəstək vermək üçün küçələrə çıxıb.
Təhlilçi hesab edir ki, ABŞ və İsrailin hakimiyyət dəyişikliyi yaratmaq məqsədi daşıdığı iddia olunan siyasəti gözlənilən nəticəni verməyib və əksinə, ölkə daxilində həmrəyliyin güclənməsinə səbəb olub.







