Son dəqiqə

İran Tehran Məşhəd Əli Xamenei dəfn mərasimi Nəcəf Kərbəla

Əli Xameneinin ailə üzvləri də onunla birlikdə dəfn olunacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi bir neçə gün davam edəcək. Mərasim çərçivəsində ABŞ və İsrailin fevralın 28-də həyata keçirdiyi hava zərbəsi nəticəsində həlak olduğu bildirilən ailə üzvləri də torpağa tapşırılacaq.

TurkicWorld xəbər verir ki, Əli Xameneinin dəfn mərasimi başlayıb və onunla vida mərasiminə dünyanın 100-dən çox ölkəsindən nümayəndə heyətlərinin qatılması gözlənilir.

Məlumata görə, İran Xarici İşlər Nazirliyi İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləyən Avropa ölkələrinə mərasim üçün dəvət göndərməyib.

Bildirilir ki, rəsmi anım tədbirləri bir neçə gün davam edəcək. Mərasimlər daha sonra İraqın Nəcəf və Kərbəla şəhərlərində keçiriləcək, ardınca isə Əli Xameneinin doğulduğu Məşhəd şəhərində dəfn mərasimi baş tutacaq.

Məlumata əsasən, fevralın 28-də baş vermiş hava zərbəsində həlak olduğu bildirilən Əli Xameneinin qızı, gəlini, kürəkəni və üç yaşlı nəvəsi də onunla birlikdə dəfn ediləcək.

Mövzuya görə xəbərlər