BAKI,TurkicWorld Orxan Qədirzadə
Yaponiyanın cənub-qərbində yerləşən Kume və Miyako adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, zəlzələnin ocağı okean dibinin çox dayaz qatında yerləşib. Hazırda yeraltı təkanların dəqiq dərinliyi müəyyənləşdirilməyib.
Yaponiyanın Milli Meteorologiya İdarəsi, eyni zamanda ölkənin seysmoloji xidməti funksiyasını yerinə yetirən qurum olaraq, zəlzələdən sonra sunami təhlükəsinin olmadığını açıqlayıb.
Qurumun məlumatına əsasən, indiyədək ciddi dağıntılar və ya tələfat barədə hər hansı məlumat daxil olmayıb.
Qeyd edək ki, Kume və Miyako adaları Yaponiyanın məşhur turizm bölgələrindən hesab olunur və burada çoxsaylı kurort otelləri fəaliyyət göstərir. Miyako adasında, həmçinin Yaponiya Özünümüdafiə Qüvvələrinin hərbi bazası yerləşir.







