BAKI,TurkicWorld Orxan Qədirzadə
İranın mərhum ali rəhbəri Ayətullah Əli Xamenei ilə vida mərasimi Tehranda başlayıb.
İran mətbuatının məlumatına görə, iyulun 3-dən 9-dək davam edəcək mərasimlərin ilk günü xarici ölkələrdən gələn rəsmi nümayəndə heyətlərinin iştirakı üçün nəzərdə tutulub.
Sabah Xameneinin cənazəsi Tehranın şərqində yerləşən Müsəlla dini kompleksinə aparılacaq. Burada İran vətəndaşları mərhum ali rəhbərlə vidalaşmaq imkanı əldə edəcəklər.
İyulun 6-da Tehranda genişmiqyaslı matəm yürüşünün keçirilməsi planlaşdırılır.
İyulun 7-də cənazə şiə müsəlmanları üçün müqəddəs sayılan Qum şəhərinə aparılacaq.
İyulun 8-də isə Əli Xameneinin cənazəsi İraqa aparılacaq. Burada Nəcəf və Kərbəla şəhərlərində yerləşən əsas şiə ziyarətgahlarında matəm mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
Əli Xameneinin dəfn mərasimi iyulun 9-da İranın Məşhəd şəhərində keçiriləcək.






