Son dəqiqə

Polşa Macarıstan Budapeşt Zbiqnev Zyobro Marçin Romanovski Peter Macar

Macarıstan keçmiş polşalı nazirin qaçqın statusunu ləğv edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Macarıstanın yeni hökuməti Polşanın keçmiş ədliyyə naziri Zbiqnev Zyobro və onun keçmiş müavini Marçin Romanovskinin qaçqın statusunu ləğv edib. Bu barədə Polşa hökuməti məlumat yayıb.

TurkicWorld xəbər verir ki, Polşa tərəfi həmin şəxslərin səlahiyyətdən sui-istifadə ittihamları ilə ölkəyə qaytarılmasına çalışır. Onların bir müddət əvvəl Budapeştə qaçdıqları bildirilir.

Qərara əsasən, Zbiqnev Zyobro və Marçin Romanovski artıq qaçqınlar üçün nəzərdə tutulan yol sənədlərindən istifadə edə bilməyəcəklər. Məlumata görə, həmin sənədlər onların Macarıstanı tərk etməsinə imkan yaratmışdı.

Hadisə Macarıstanda Baş nazir Peter Macarın Avropa ilə yaxınlaşma tərəfdarı olan yeni hökumətinin işə başlamasından sonra baş verib.

Polşa hökuməti keçmiş nazir və onun müavininin ölkəyə qaytarılaraq məhkəmə qarşısına çıxarılmasını istəyir.

Mövzuya görə xəbərlər