Son dəqiqə

Azərbaycan Polşa Bakı Çexiya Macarıstan turizm Azərbaycan Turizm Bürosu

Polşa, Çexiya və Macarıstan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

BAKI,TurkicWorld

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə sentyabrın 7-dən 14-dək Polşa, Çexiya və Macarıstanın turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil edilib. Səfərin əsas məqsədi ölkənin turizm imkanlarının Avropa bazarında daha geniş tanıdılması və yeni tərəfdaşlıqların qurulması olub.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Avropadan 20-yə yaxın turizm şirkətinin nümayəndəsi Azərbaycanın turizm imkanları ilə yaxından tanış olub. Qonaqlar Bakı ilə yanaşı, Şamaxı, Şəki və Qəbələyə də səfər ediblər.

Proqram çərçivəsində xarici turizm sənayesinin təmsilçiləri ilə Azərbaycanın 60-dan çox turizm şirkəti nümayəndəsi arasında işgüzar görüşlər keçirilib.

Görüşlər zamanı yeni əməkdaşlıq imkanları, qarşılıqlı turist axınının artırılması və mövcud tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Məlumata görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana Polşadan gələn ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz artıb.

Eyni dövrdə Çexiyadan gələnlərin sayında 0,2 faiz, Macarıstandan gələnlərin sayında isə 5,6 faiz artım qeydə alınıb.

Mövzuya görə xəbərlər