BAKI,TurkicWorld,Yusif Şərifzadə
Almaniya Kansleri Fridrix Merts Yaxın Şərqdə dağıdılmış infrastrukturun bərpasına maliyyə dəstəyi məsələsinin yalnız döyüşlər tam dayandırıldıqdan sonra müzakirə oluna biləcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Fridrix Merts bu fikirləri Berlində keçirdiyi mətbuat konfransında səsləndirib.
Kanslerin sözlərinə görə, bölgədə dağıdılmış infrastrukturun yenidən qurulması məsələsi müzakirə oluna bilər, lakin bunun üçün ilk növbədə hərbi əməliyyatlar tamamilə dayandırılmalıdır.
O vurğulayıb ki, yalnız bundan sonra bərpa işləri və mümkün maliyyə dəstəyi ilə bağlı danışıqlara başlamaq mümkündür.
Məlumata görə, bu ilin may ayında Almaniya ilə ABŞ arasında İran siyasəti ilə bağlı fikir ayrılığı yaranmışdı.
Fridrix Merts həmin vaxt ABŞ Prezidenti Donald Trampın İranla razılıq əldə edə bilməməsini tənqid etmiş, Vaşinqtonun bu məsələdə uğursuzluğa düçar olduğunu və aydın hərbi strategiyasının olmadığını bildirmişdi.







