İran ABŞ Qətər Oman Hörmüz boğazı Coi Hud

ABŞ-nin sabiq diplomatı memorandumu niyə tənqid edir?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin sabiq diplomatı Coi Hud bildirib ki, Tehranın əsas məqsədi Körfəz ölkələrini regionun gələcəyi ilə bağlı öz baxışını dəstəkləməyə sövq etməkdir.

TurkicWorld xəbər verir ki, Coi Hud ABŞ administrasiyasının İrana hərbi zərbə endirməsini və hazırkı anlaşma memorandumunu bu formada imzalamasını düzgün hesab etmədiyini bildirib.

Onun sözlərinə görə, memorandum ənənəvi diplomatik üslubda hazırlanıb və tərəflərə qarşıdurmadan çıxış yolu vermək üçün qəsdən ümumi və müxtəlif cür şərh oluna bilən ifadələrdən istifadə edilib.

Hud iddia edib ki, İran bu sənədi Hörmüz boğazı üzərində suverenliyinin tanınması, eləcə də Körfəz ölkələrinin iqtisadiyyatına və Livandakı proseslərə təsir imkanının təsdiqi kimi təqdim etməyə çalışır.

Sabiq diplomatın fikrincə, Tehran qarşıdurmanı yalnız ABŞ və İsraillə məhdudlaşdırmaq istəmir, onu daha geniş regional müstəviyə çıxarmağa çalışır.

O bildirib ki, Omanın ərazi sularında hücuma məruz qalan gəmi Qətərin xam neftini daşıyırdı və bununla İran vasitəçi ölkələr olan Qətər və Omana da təzyiq göstərmək istəyirdi.

Coi Hud hesab edir ki, Tehran bu addımlarla Körfəz ölkələrinə ABŞ deyil, İranın regionun gələcəyi ilə bağlı baxışına yaxın mövqe tutmaları barədə mesaj verməyə çalışır.

Mövzuya görə xəbərlər