İran ABŞ Hörmüz boğazı Gəmiçilik dənizçilər Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası Birgə Danışıqlar Qrupu

Hörmüz boğazı hələ də müharibə zonası hesab olunur

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Beynəlxalq gəmiçilik təşkilatları və şirkətləri ABŞ ilə İran arasında atəşkəsə baxmayaraq, Hörmüz boğazını müharibə zonası kimi qiymətləndirməyə davam edəcəklərini açıqlayıblar.

TurkicWorld xəbər verir ki, qərar ötən həftə boğazda iki gəminin hücuma məruz qalmasından sonra qəbul edilib.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası və gəmi sahiblərini təmsil edən Birgə Danışıqlar Qrupu birgə bəyanatda bildiriblər ki, qərar bölgədə insanların həyatı üçün ciddi təhlükənin davam etməsi və vəziyyətin sürətlə dəyişməsi nəzərə alınaraq verilib.

Hörmüz boğazı ilk dəfə martın 5-də strateji su yolundan keçən gəmilərə hücumlardan sonra "müharibə əməliyyatları bölgəsi" elan edilmişdi.

Məlumata görə, bu status ən azı iyulun 9-dək qüvvədə qalacaq və vəziyyət hər həftə yenidən qiymətləndiriləcək.

Bu qərara əsasən, bölgədə çalışan dənizçilərə ikiqat əməkhaqqı və əlavə sosial təminatlar veriləcək ki, bu da gəmiçilik şirkətlərinin xərclərini artıracaq.

Bildirilib ki, fevralın 28-dən bəri davam edən qarşıdurmalar zamanı azı 14 dənizçi həlak olub, 40-dan çox gəmi isə müxtəlif hücumlara məruz qalıb.

Mövzuya görə xəbərlər