Son dəqiqə

Fransa İran Emmanuel Makron anlaşma memorandumu İsmayıl Bəqai Hörmüz boğazı minaların təmizlənməsi

İran Hörmüz boğazında minaların təmizlənməsinə üçüncü tərəflərin müdaxiləsini rədd edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Hörmüz boğazında minaların təmizlənməsi məsələsində üçüncü tərəflərin iştirakına ehtiyac olmadığını bəyan edib.

TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Hörmüz boğazında minaların təmizlənməsi məsələsi müvafiq anlaşma memorandumunda tənzimlənib.

Onun sözlərinə görə, Tehran bu məsələdə hər hansı üçüncü tərəfin müdaxiləsini zəruri hesab etmir.

İsmayıl Bəqai vurğulayıb ki, mövcud razılaşmalar Hörmüz boğazında təhlükəsizliklə bağlı məsələlərin həlli üçün kifayət edir.

Bu açıqlama Fransa Prezidenti Emmanuel Makronun Fransa və tərəfdaşlarının Hörmüz boğazında minaların təmizlənməsi, dəniz marşrutlarının təhlükəsizliyinin təmin edilməsi və boğazdan sərbəst keçidin qorunması istiqamətində birgə fəaliyyət göstərəcəklərini bildirməsindən sonra səsləndirilib.

Mövzuya görə xəbərlər